Yuxu cədvəlində edilən dəyişikliklər ağır fəsadlar yarada bilər


Digərləri 26 Sen 2018 23:58:00 363 0

Yuxu cədvəlində edilən dəyişikliklər ağır fəsadlar yarada bilər

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib.