Berlin və SanktPeterburq arasında birbaşa dəmiryol əlaqəsi yaradılacaq


Dünya 26 Sen 2018 23:42:00 290 0

Berlin və SanktPeterburq arasında birbaşa dəmiryol əlaqəsi yaradılacaq

Almaniyanın Berlin və Rusiyanın Sankt-Peterburq şəhərləri arasında birbaşa dəmiryol əlaqəsi təşkil olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "İzvestiya" qəzeti Almaniya Nəqliyyat Nazirliyinə istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, yeni marşrut Kalininqrad şəhərindən keçəcək. Dəmir yolu əlaqəsinin yaradılmasında Baltikyanı ölkələrdə və Polşada mövcud olan hazır xətlərdən istifadə ediləcək.