Yaponiya şirkətləri ABŞ ilə Çin arasında ticari gərginlik fonunda təchizat kanallarını dəyişir


Dünya 26 Sen 2018 23:24:00 257 0

Yaponiya şirkətləri ABŞ ilə Çin arasında ticari gərginlik fonunda təchizat kanallarını dəyişir

Yaponiya şirkətləri ABŞ ilə Çin arasında artmaqda davam edən ticari gərginlik fonunda təchizat kanallarını dəyişir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Yamaha Motor" şirkəti ABŞ-ın Çin məhsullarına ötən həftə tətbiq etdiyi böyük rüsumlar fonunda qolf oyunçuları üçün nəzərdə tutulan avtomobillərin Çində istehsal edilən mühərriklərinin ABŞ-dakı zavodlarda yığılmasına başlayıb.

Məşhur "Komatsu" şirkəti isə ehtiyat hissələrinin istehsalının bir hissəsini avqustda Çindən Yaponiyaya və Meksikaya köçürüb.