Quru meyvələr və onların sağlamlığa təsiri


Digərləri 26 Sen 2018 23:29:00 276 0

Quru meyvələr və onların sağlamlığa təsiri

Meyvələrin tərkibində orqanizm üçün lazım olan bir çox vacib komponentlər var. Lakin təkcə təzə meyvələr yox...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, quru meyvələrin yeyilməsi də sağlamlığa çox müsbət təsir göstərir.

Qurudulmuş əriyin tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngindir. Həzm probleminə yaxşı təsir edir, stresin, qan azlığının qarşısını alır. Tərkibində olan A vitamini akne kimi dəri probleminə qarşı faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir.

Gavalı qurusu da çox xeyirlidir. Quru gavalı tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək, qaraciyər və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.