Azərbaycanlı aktrisalar həbs olundu? (FOTO/VİDEO)


Digərləri 26 Sen 2018 23:20:00 295 0

Azərbaycanlı aktrisalar həbs olundu? (FOTO/VİDEO)

Azərbaycanlı aktrisaların həbs olunması ilə bağlı fotolar yayılıb.

Bakı. Azərbaycanlı aktrisaların həbs olunması ilə bağlı fotolar yayılıb. Trend-in məlumatına görə, sözügedən foto "Milyonluq Quş" filminin çəkilişlərindəndir. Həmin filmdə rol alan əməkdar artist Dilarə Əliyeva və Aysel Nazim filmin bir səhnəsində polis tərəfindən yaxalanırlar. Qeyd edek ki, "Artlemma" film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb. Həmçinin Arif Quliyev, Nofel Şahlaroğlu, Qurban Məsimov və Teymur Məmmədov da sözügedən filmdə çəkiliblər.