Fransa polisi həyəcan təbili çalır FOTO


Dünya 26 Sen 2018 23:11:00 274 0

Fransa polisi həyəcan təbili çalır  FOTO

Parisdə polis işçiləri etiraz nümayiş etdirərək, sosial fəlakətləri ilə bağlı həyəcan təbili çalıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Polis İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumata görə, 2017-ci ildə 51, bu ilin əvvəlində isə 48 polis özünə sui-qəsd edib. Bunun səbəbi idarəetmədə bürokratiyanın, iş rejiminin dözülməz, həyat şəraitinin çətin və iyerarxiya təzyiqlərinin olması ilə bağlıdır. Xatırladaq ki, keçən həftə özünə sui-qəsd etmiş polis mayoru Joze Tezan məktub yazaraq iş rejiminin və şəraitinin dözülməz olduğunu, iyerarxiyası tərəfdən təzyiqə və təhqirə məruz qaldığını göstərib. Həmin məktub ölkə mətbuatında dərc olunub.


Xəbərə aid fotolar