"20 Yanvar"ın keçidində şübhəli bağlama həyəcanı Əməliyyat keçirildi


Digərləri 26 Sen 2018 23:14:00 250 0

"20 Yanvar"ın keçidində şübhəli bağlama həyəcanı  Əməliyyat keçirildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.