"Bisfenol A" maddəsi insan orqanizmində xərçəngin inkişafına yol açır


Digərləri 26 Sen 2018 23:16:00 247 0

"Bisfenol A" maddəsi insan orqanizmində xərçəngin inkişafına yol açır

Hazırda marketlərdə plastik kütlələrlə qablaşdırılmış qida məhsulları və içməli sulara rast gəlmək mümkündür. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan "Bisfenol-A" maddəsi təşkil edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Bisfenol A" fenol qrupuna aid olan üzvi birləşmədir. Dünyada ildə 2,7 milyard kiloqram istehsal edilən bu maddə bəzən antioksidant kimi də istifadə olunur.

"Bisfenol A" plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.