Elmar Məmmədyarov NyuYorkda Helqa Şmit ilə görüşüb


Siyasət 26 Sen 2018 23:02:00 251 0

Elmar Məmmədyarov NyuYorkda Helqa Şmit ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi Helqa Şmit ilə görüşüb.

XİN-dən Son.az-a verilən məlumata görə, tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.