Əla qiymətlə oxuyan şagirdləri pulsuz daşıyan avtobus sürücüsü danışdı VİDEO


Digərləri 26 Sen 2018 22:53:00 219 0

Əla qiymətlə oxuyan şagirdləri pulsuz daşıyan avtobus sürücüsü danışdı  VİDEO

Bakıda sərnişin avtobuslarından birinə ''Əla qiymətlər alan şagirdlərdən gediş haqqı alınmır'' elanı vurulub.

Son.az bildirir ki, belə bir elan sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Bu örnək davranışın hansı sürücü tərəfindən başlanıldığını araşdırdıq.

Məlum oldu ki, həmin şəkil metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığından Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivinə sərnişin daşıyan 105 saylı avtobusların birində çəkilib.

Bu addımın təşəbbüskarı isə xətdəki avtobuslardan birinin sürücüsü olan Poladdır.