"Azərspace 2" Azərbaycana 400 milyon dollar qazandıracaq RƏSMİ AÇIQLAMA VİDEO


Digərləri 26 Sen 2018 22:59:00 213 0

"Azərspace 2" Azərbaycana 400 milyon dollar qazandıracaq  RƏSMİ AÇIQLAMA  VİDEO

"Azərspace 2" peykinin orbitə çıxarılması Azərbaycanın növbəti uğurudur. Son beş il ərzində orbitə 3 peyk çıxaran Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və kosmik sənayedə öz mövqelərini möhkəmləndirib.

Son.az bildirir ki, "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib ki, yeni peyk istismar müddətində Azərbaycana 400 milyon dollara yaxın vəsait qazandıracaq. 

Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var. Orbitə çıxarılan peyklər Azərbaycan telekanallarının dünyaya yayılmasında önəmli rol oynayırlar.

Azərbaycan bu peyklər sayəsində telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Ölkəmiz kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığını dərinləşdirir. Kosmik sənayedə əldə edilən uğurlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını stimullaşdırır.