Marsda nəhəng həyat zonası tapdılar


Digərləri 26 Sen 2018 22:11:00 238 0

Marsda nəhəng həyat zonası tapdılar

ABŞ-ın Braun Universitetinin alimləri müəyyən ediblər ki, bir neçə milyard il əvvəl Marsda qeyri-üzvi maddələrin oksidləşməsi vasitəsilə enerji qazanan xemosentetik mikroorqanizmlərin mövcudluğu üçün şərait olub.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "Science Alert" nəşri məlumat yayıb. 

Tədqiqatçılar "Mars Odyssey" orbit aparatı vasitəsilə əldə olunan məlumatları araşdırıblar. Onlar dağlıq ərazilərdə toriy və kaliy kimi radioaktiv elementlər aşkar ediblər.