Qadın müəllimlərin uşağınıza dərs deməsinin FƏSADLARI ARAŞDIRMA


Digərləri 26 Sen 2018 21:53:00 314 0

Qadın müəllimlərin uşağınıza dərs deməsinin FƏSADLARI  ARAŞDIRMA

169 saylı məktəb - 94 müəllimdən 90 nəfəri qadın,

287 saylı məktəb - 79 müəllimdən 69 nəfəri qadın,

191 saylı məktəb - 103 müəllimdən 93 nəfəri qadın,

45 saylı məktəb - 122 müəllimdən 118-i qadın,

78 saylı məktəb - 47 müəllimdən 42-si qadın.

Bu rəqəmlər paytaxt məktəblərinin bir neçəsində yer alan pedaqoji heyətin cins bölgüsü üzrə vəziyyəti əks etdirir. Siyahını uzada bilərik. Lakin hər hansı məktəbin müəllimlər otağına bir dəfə də olsa yolu düşən şəxs bu reallığı əyani şəkildə görə bilər. Rəqəmlərdən də belə məlum olur ki, məktəblərdə anaxaqanlığı dövrü hökm sürür. Kişi müəllimlər əsasən, Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı fənlərini tədris etməklə kifayətlənir. Az hallarda digər fənn müəllimləri arasında kişi müəllimlərə rast gəlmək olur. Kişi müəllimlərin məktəblərdən üz çevirməsi yaxşı ənənə hesab edilmir. Müəllimlərin sayında gender bərabərliyinin pozulması məktəblərdə tədris alan uşaqların psixologiyasına təsirsiz ötüşmür. Bəzi ölkələrdə problemin ciddiliyi nəzərə alınıb. Məsələn, Yaponiyada məktəbəqədər təhsil sistemində yalnız kişi müəllimlər çalışa bilir.

Bizdə isə problemin kökü ali məktəbə ixtisas seçimindən başlayır. Yəni oğlanlar az hallarda pedaqoji ixtisasları seçirlər. Əlbəttə, bu da səbəbsiz deyil.

300 tələbədən 10-u oğlan olanda...

Son.az bildirir ki, oğlanların müəllim olmaq istəyinin az olması barədə publika.az-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı Fərrux Rüstəmov bunun yaratdığı problemlərə toxunub:

"Məktəblərdə kişi müəllimlərinin sayının az olması ciddi problemdir. Buna psixologiyada feminizasiya deyirlər. Qadın müəllimlər uşaqların şəxsiyyətinin formalaşmasında fəal rol oynayır. Uşaqlar günün çox hissəsini qadınlarla ünsiyyətdə olur -evdə ana, məktəbdə qadın müəllim. Nəticədə bu uşaqlarda qadın xarakteri formalaşır. Bu gün diqqət etsəniz, 25 yaşlı oğlanlar ötən əsrin 70-ci illərində 15 yaşlı oğlan səviyyəsində danışır. Çünki xarakteri belə formalaşıb. Bu gün ailələrdə boşanmaların artmasının səbəbi kişilərin xarakterinin formalaşmaması ilə bağlıdır. Uşaqlıqdan qadınların əhatəsində olan oğlan ailə başçısı olanda onu idarə edə bilmir".

Azərbaycanda kişilərin müəllim peşəsinə marağının ötən əsrin 90-cı illərindən başlayaraq azaldığı deyən pedaqoq, ildə 10 oğlanın bu ixtisasa qəbul olmasının sevindirici hal kimi qiymətləndirib:

"Bu gün xüsusilə şəhər yerlərində ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı azdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda baş verən hadisələr, iqtisadi durumun aşağı düşməsi kişi müəllimlərin məktəbdən getməsinə səbəb oldu. Digər sahələrdə çalışan qadınlar altı aylıq kurs və ya texnikumları bitirib məktəbdə işə qəbul oldular. Hazırda onları məktəbdən uzaqlaşdırmaq mümkün deyil, artıq neçə illərdir işləyirlər. Ötən əsrin 60-70-ci illərində müəllimlik peşəsinə maraq yüksək idi. Bu gün isə elə deyil. Pedaqoji ixtisaslara yiyələnmək istəyənlərin 90 faizindən çoxu qızlardır. Çünki 300-400 manatla kişi ailə saxlaya bilmir, ona görə də oğlanlar müəllim olmaq istəmir. Bizim fakültədə bu tədris ilində 300 tələbə qəbul olub, onlardan 10-u oğlandır. Biz bu nəticəyə sevinirik.

Bu sayı artırmaq lazımdır, bunun bəlasını sonra çəkəcəyik. Bildiyim qədərilə rayon yerlərində kişi müəllimlərinin sayında problem yoxdur, ən çox çatışmazlıq Bakıdadır. Bu il pedaqoji ixtisasa qəbul olan oğlanların hamısı rayonlardan gəlib. Onların səkkizi müəllim olmaq istəyir. Həmin oğlanlarla söhbət zamanı bəlli olub ki, yaxınları, ataları kənd məktəbində müəllim işləyir. Özlərinin təqaüd yaşına az qalıb, indi də övladlarının yollarını davam etdirmələrini istəyirlər. Xüsusən də gələnlər Lerik, Yardımlı, Masallı bölgələrindəndir. Çünki həmin bölgələrdə qızların oxumasına maraq azdır".

F.Rüstəmov hesab edir ki, problemin həlli üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var:

"500-600-dən yüksək bal toplayan oğlanların müəllimlik ixtisasına gəlməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Həmin tələbələrə xüsusi təqaüd verilməlidir. Onların magistr təhsili almasında da güzəştlər edilməlidir. Sonda həmin məzunları imtahansız məktəblərə qəbul etmək lazımdır. Onların həm əmək haqqı yüksək olmalı, həm də əlavə imkanlar yaradılmalıdır. Bununla bağlı təhsil nazirinə də təklif vermişik. Lakin həmin şəxslərin qarşısında yer dəyişmədən ən azı beş il işləmək öhdəliyi qoyulmalıdır. Bu üsulla göndərilən 100 müəllimdən 80-ninin orada qalması böyük üstünlükdür. Şəhər yerlərində kişilərin məktəbə gəlməsi üçün maaşda artım və bəzi məqamlarda işə qəbulda onlara üstünlük verilməlidir. Ən azı balans yaranana qədər bu proses davam etdirilə bilər.

Ailəni idarə edə bilməyən kişilər yetişir...

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, kişilərin müəllimlikdən üz çevirməsinin başlıca səbəbi əmək haqqı ilə bağlıdır:


Xəbərə aid fotolar