Deputatı TƏHDİD ETDİLƏR Evə qayıdarkən qapısının ağzında... VİDEO


Digərləri 26 Sen 2018 21:47:00 237 0

Deputatı TƏHDİD ETDİLƏR  Evə qayıdarkən qapısının ağzında...  VİDEO

Moskvada deputatın evinin qarşısına donuz başı qoyulub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Nadejda Zaqordan axşam saatlarında evinə qayıdarkən belə bir mənzərə ilə qarşılaşıb.

Deputatın verdiyi məlumata əsasən, bundan öncə belə bir hal onun valideynləri ilə də baş verib. Nadejda Zaqordan analoji halın onun tədqiqatları ilə bağlı olduğunu düşünür.

Deputat dövlət xərclərinin qanunauyğunluğunu və rüşvətxorluq hallarını araşdırır. Son dövrdə isə o, seçildiyi İzmaylovda qanunsuz tikili barədə araşdırma aparmış və 250 milyon rubl məbləğində rüşvət alındığını öyrənmişdi. Həmçinin o, yerli hökumət nümayəndələri tərəfindən istefaya məcbur edilirdi.