Azərbaycanlı aktrisa illər sonra ETİRAF etdi: "Həmin aktrisaların etdiyi hərəkəti etsəydim, indi alnım açıq olmazdı" FOTO


Kriminal 26 Sen 2018 21:11:00 395 0

Azərbaycanlı aktrisa illər sonra ETİRAF etdi: "Həmin aktrisaların etdiyi hərəkəti etsəydim, indi alnım açıq olmazdı"  FOTO

Əməkdar artist Zemfira Sadıqovanın Son.az-a müsahibəsi.

- Zemfira xanım, sizi hamı "Dəli Kür" filminin Mələyi kimi tanıyır. Sənətə olan marağınız hardan qaynaqlanıb?

- Sənətə olan marağım lap uşaqlıqdandır. 3 yaşım var idi,  həmişə şeir deyirdim, mahnılar oxuyurdum. Bir qonşumuz var idi, soruşurdu ki, böyüyəndə nə olmaq istəyirsən? O dəqiqə cavab verirdim ki, əlbəttə ki, aktrisa. 10 illiyi bitirib, sənədlərimi Moskva Kinemotoqrafiya Universitetinə vermək istəyirdim. Nə anam, nə də atam mənə icazə vermədi. O, mənə dedi ki, sən başa düşmürsən ki, səhnənin arxası çox qorxuludur, mən qorxuram ki, sən orda itərsən. Hər dəfə teatr universitetinin qarşısından keçərkən ağlayırdım. Bir dəfə rəfiqəm dedi ki, gəl səni aparım Rahib müəllimin (O vaxtı İncəsənət Universitetinin rektoru) yanına. Qoy səni yoxlasın, bəlkə aktrisa oldun? Mən də o vaxtı evlənmişdim, artıq bir oğlum da var idi. Universitetə daxil olmaq üçün qabiliyyət imtahanı verməli idim. Məndən imtahan qəbul edən Adil İskəndərov dedi ki, "qızım, bizim səhnə sənin kimi aktrisalar üçün ağlayır, mütləq "kağız-kuğuzu"nu götür gəl universitetə". Atam icazə verməsə də, həyat yoldaşım aktrisa olmağıma icazə verdi.

- Mən bilirəm ki, siz bir müddət Gənc Tamaşaçılar Teatrında da çalışmısınız. Həmin teatra necə gəldiniz?

- Universiteti bitirəndən sonra mənim təyinatımı Gənc Tamaşaçılar Teatrına verdilər. Böyük məmnuniyyətlə, bu teatra gəldim. Artıq mənim həyat yoldaşım da rəhmətə getmişdi, bir oğlumla tək qalmışdım. Mənə bir-iki tamaşa verdilər oynadım, amma bu, məni qane etmirdi. Elə oldu ki, mən teatrdan çıxdım, radioda diktor kimi işə düzəldim.

- İlk filminizə nə vaxt çəkilmisiniz?

- Universitetdə oxuyanda "Torpaq, dəniz, od, səma" filmində artıq çəkilmişdim. Rejissor Hüseyn Seyidzadə məni o filmdə görüb,  "Dəli Kür" filminə dəvət etdi. Baxmayaraq ki, bu obrazın sınaq çəkilişinə 100-ə qədər aktrisa dəvət olunmuşdu, amma hamı məni təsdiqlədi.

- Obraza görə sizə qınaqlar oldu?

- Təbii ki, qınaqlar oldu. Çünki o zaman heç filmlərdə öpüşmək falan da yox idi. Cahandar ağa obrazını oynayan Ələddin Abbasov da bu cür səhnələri ehtiyatla oynayırdı. Bəzi səhnələrdə Cahandarlıqdan dönüb, Ələddin də olurdu (gülür).

- O vaxtı aktrisalara mane olanlar da az deyildi. Sizə də bu cür maneələr olmuşdu?

- Bəli, mane olmasaydılar, mən çox filmlərə çəkilə bilərdim. Səhnənin arxası çox qaranlıqdır, orda sən gərək sınmayasan, ləyaqətini saxlayasan. Mən neçə il kinostudiyada çalışdım, bir insan deyə bilməz ki, mən nəsə səhv addım atmışam. O vaxt kinostudiyada Cəmil Əlibəyov adında bir insan var idi, o mənim filmlərdə çəkilməyimə mane olurdu.

- Səbəb nə idi?


Xəbərə aid fotolar