Nəvəsi əməkdar artisti boks əlcəyi ilə "döydü"


Şou-biznes 26 Sen 2018 21:00:00 306 0

Nəvəsi əməkdar artisti boks əlcəyi ilə "döydü"

Əməkdar artist Cavanşir Məmmədov "Ulduzlu yayım" verilişinə öz adını qoyduğu nəvəsi ilə qatılıb.

Milli.z axşam.az-a istinadən xəbər verir ki, müğənni nəvəsinin nadinc olduğunu bildirib. C.Məmmədov deyib ki, bütün gününü nəvəsi ilə keçirir, onsuz qala bilmir.

Proqram zamanı balaca Cavanşir boks əlcəyi taxaraq babası ilə yarışıb. O, müğənnini vurmağa başlayıb.