Səfir: "Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir"


Siyasət 26 Sen 2018 20:48:00 234 0

Səfir: "Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir"

Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Səfir qeyd edib ki, Azərbaycanda Ukrayna sərmayəsi ilə bir sıra şirkətlər fəaliyyət göstərir. Eyni zamanda diplomat yaxın vaxtlarda Azərbaycanda "Indar" şirkətinin əczaçılıq zavodunun tikintisinə başlanacağını vurğulayıb.