Səfir: Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir


Digərləri 26 Sen 2018 20:43:25 228 0

Səfir: Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Bakı. Azad Həsənli - Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Trend-in məlumatına görə, bunu Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib. Səfir qeyd edib ki, Azərbaycanda Ukrayna sərmayəsi ilə bir sıra şirkətlər fəaliyyət göstərir. Eyni zamanda diplomat yaxın vaxtlarda Azərbaycanda "Indar" şirkətinin əczaçılıq zavodunun tikintisinə başlanacağını vurğulayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin