Könül Nağıyeva Kaan Urqancioğlu ilə filmə çəkilir –


Şou-biznes 26 Sen 2018 20:16:00 303 0

Könül Nağıyeva Kaan Urqancioğlu ilə filmə çəkilir –

Türkiyədə yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva Kaan Urqancioğlu ilə dram filmində tərəf müqabili olacaq. Filmin çəkilişlərinə artıq start verilib.

Son.az publika-ya istinadən xəbər verir ki, bu barədə aktrisa isntaqramda məlumat verib. O, Kaanla şəklini paylaşaraq "Dramla başladıq, deyəsən komediya ilə bitirəcəyik", - deyə qeyd edib

Xatırladaq ki, aktrisa bir neçə ay əvvəl Publika.az-a verdiyi müsahibəsində bildirmişdi ki, "Kara Sevda" serialında Emir rolu ilə məşhurlaşan ulduzla iki insanın böyük məhəbbət hekayəsindən danışan filmdə rol alacaq. Layihənin rejissoru "Mirvari sırğalı qız", "Hannibal" kimi filmlərin rejissoru Piter Vebberdir. Ekran işinin çəkilişləri İstanbulda aparılır.


Xəbərə aid fotolar