"Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir?"


Şou-biznes 26 Sen 2018 19:36:00 324 0

"Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir?"

"Günlərdir sosial şəbəkədə yazılan səviyyəsiz mövzuya toxunmaq istəyirəm. Deyirsiz filankəs xəstəyə az yardım etdi. Sizcə az və ya çox yardımın fərqi var? Düzgün, etmirsiz. Hətta biz bu yardıma başlayanda deyirdik ki, hərə 1 manatdan köməklik etsə, sağala bilər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə islam İnstaqramda canlı yayımda deyib. Sənətçi xalq artisti Aygün kazımovanın əməkdar artist Tünzalə Əliyevaya yardım üçün 200 manat göndərməsini tənqid edənlərə cavabv erib.

Kazımovanı müdafiə edən Xatirə bəzi məqamları açıqlayıb:

"200 manat verən insana yazırsız ki, utanmır. Siz özünüz 200 manat kömək edirsiz? Yazırsız, Aygün Kazımova utanmır 200 manat verir? Niyə utanmalıdır. Sevinin ki, 200 manat verib. Şəxsən mən özüm ona zəng etməmişdim. Çünki özü Moskvada toyda idi. Köməkçisi Almaz xanımla danışdım. O da öz maaşını Aygünün adından göndərdi. Hörmət xatirinə bunu etdi. Sizcə, bunlardan sonra bir də Aygün kiməsə kömək edər? Köməyin azı və ya çoxu olmur. Aygün niyə çox verməlidir ki? İşçisi sağ olsun ki, onun adının qarşısı boş qalmasınd eyə pul göndərdi. Belə olanda insan heç kimə görə əziyyət çəkmək istəmir. Bütün kömək istəklərini rədd etməyə çalışırsan. İnsanları küsdürməyin".