Biznes qurarkən başqalarına problem yaradanlar –


Digərləri 26 Sen 2018 19:40:00 258 0

Biznes qurarkən başqalarına problem yaradanlar –

Şəhərin tıxac problemindən danışanda yük maşınlarının yolları bağlaması halları öndə gəlir.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, tikintiyə cəlb olunan maşın və mexanizmlərin belə istismarı qanunla qadağan olunsa da, görünən odur ki, bir çox şirkət buna əməl etmir.

Şəhərin daxili küçələrinə girmək üçün xüsusi buraxılışın alınması mütləqdir. Buna isə birbaşa yol polisi nəzarət etməlidir.

Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Strateji əhəmiyyətə malik olan tikintilərdə də istifadə edilən yük avtomobilləri də var ki. Onlara xüsusi buraxılışlar verilib. Onların da hərəkəti üçün konkret marşrut ayrılıb.

Bundan əlavə tikintinin eskiz layihəsi hazırlanan zaman texniki işlər üçün də yerlərin qeydləri əsas şərtlərdəndir.

Cahid Həsənov - Memar: "Sərəncamlar verilərkən birinci amil bu göstərilməlidir ki, binanın, tikintinin gedişatı dövründə və gedişatından sonra istismara təhvil verildiyi dövrdə qarşısında nəqliyyat vasitələrinin saxlanılması üçün xüsusi yerlər indidən təyin olunsun".


Xəbərə aid fotolar