KİV: Moskva İsrailin baş nazirini qəbul etməyib?


Dünya 26 Sen 2018 19:20:00 243 0

KİV: Moskva İsrailin baş nazirini qəbul etməyib?

"İsrail Milli Təhlükəsizlik Şurasının müşaviri Meir Ben-Şabatın başçılığı ilə Rusiyaya göndəriləcək nümayəndə heyətinin qəbulundan imtina edilməsi barədə yayılan xəbər reallığı əks etdirmir". 

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Qəzet bu hadisə ilə bağlı düzgün informasiya verməyib. Əvvəlcədən İsrailin baş nazirinə Hərbi Hava Qüvvələri komandanının başçılığı altında hərbi nümayəndə heyətinin göndərilməsi təklif olunmuşdu. Bu da olub. İsrail hərbçiləri öz informasiyalarını gətirmişdilər, rusiyalılar da öz məlumatlarını onlara təqdim etdi", - o vurğulayıb.