Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək (FOTO)


Digərləri 26 Sen 2018 19:15:43 272 0

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək (FOTO)

Oktyabrın 26-30-u Heydər Əliyev Mərkəzi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

Bakı. Hüseyn Vəliyev - Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Trend-in məlumatına görə, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, “Keepface” və “FA International Trade Events” şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.