Biləsuvardakı ovçuluq təsərrüfatında 1000-dən artıq partlamamış hərbi sursat tapılıb


Digərləri 26 Sen 2018 19:08:12 215 0

Biləsuvardakı ovçuluq təsərrüfatında 1000-dən artıq  partlamamış hərbi sursat tapılıb

24 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvarda "Mahmudçala" ovçuluq təsərrüfatında 1 028 ədəd müxtəlif növ partlamamış hərbi sursat tapılıb.

Bakı. 24 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvarda "Mahmudçala" ovçuluq təsərrüfatında 1 028 ədəd müxtəlif növ partlamamış hərbi sursat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 26 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 18 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.