LA Galaxy-dən İbrahimoviçə jest


İdman 26 Sen 2018 18:42:00 245 0

LA Galaxy-dən İbrahimoviçə jest

Ötən həftə karyerasında 500-cü qolunu vuran Zlatan İbrahimoviçə klubu LA Galaxy tərəfindən jest edilib. Goal.az xəbər verir ki, ABŞ klubu isveçli hücumçuya “Qolların Tanrı”sı ləqəbini verib. Hətta MLS təmsilçisi həftəsonu çempionatda Vancouver-lə keçiriləcək oyunun afişasına 36 yaşlı futbolçunun film qəhrəmanı Tor obrazında şəklini vurub. Həmin plakatlar matçı izləmək üçün stadiona gələcək ilk 10 min azarkeşə təqdim olunacaq.

İbrahimoviç Kriştianu Ronaldo və Lionel Messidən sonra 500 qol səddini adlayan 3-cü futbolçudur.