Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb


Digərləri 26 Sen 2018 18:07:58 232 0

Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

Bakı. Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər strateji yol xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər. Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının hazırki səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.