BDU-da akademik Həsən Abdullayevin xatirə barelyefi açılıb


Digərləri 26 Sen 2018 17:58:59 369 0

BDU-da akademik Həsən Abdullayevin xatirə barelyefi açılıb

Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb.

Bakı. Bu gün Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb. Universitetdən Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov görkəmli alim Həsən Abdullayevin Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirməsindən, ümumdünyəvi fizika elminin əsas simalarından biri olmasından bəhs edib. Eyni zamanda, akademik Həsən Abdullayevin 36 il AMEA-nın Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlərdən danışıb.