"Özünüzü Xanım Qafarovanın qızı ilə reklam etməyin"


Şou-biznes 26 Sen 2018 17:32:00 297 0

"Özünüzü Xanım Qafarovanın qızı ilə reklam etməyin"

"MTV Azərbaycan" kanalının aparıcısı Aytən Leylaqızı son zamanlar mərhum aktrisa Xanım Qafarovanın qızı ilə gündəmə gələn məşhurları kəskin tənqid edib.  Son.az xəbər verir ki, baku.ws-ya danışan aparıcı bunları deyib:

"Sosial şəbəkələri izləyirəm və çox məyus oluram. İki il olar ki, Xanım Qafarovanın qızı Gövhərlə əlaqəm var, daim ona mənəvi və maddi dəstək olmağa çalışıram. Mən hələ İnterAz TV-də işləyəndə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onların evinə getmişdim. Onlar "Kubinka" adlanan ərazidə kiflənmiş, nəmişlik qarajda yaşayırdılar. Evə üfunətdən girmək olmurdu.

Bu sənətçilərin, müğənnilərin, X. Qafarovanın həmkarlarının bir dəfə o qıza gedib baş çəkəndə 200-300 manatları olmayıb ki, o evi təmir etsinlər? Heç olmasa oranı o uşağa görə təmir edərdiniz. Özüm qalmaqaldan uzağam, amma daha dözə bilmədim. Şükür Allaha, hazırda o ev yaxşı vəziyyətdədir, bir nəfərdən xahiş etdim, oranı təmir etdi.