Gürcüstandan gələn avtomobildə xeyli sayda pirotexniki vasitə aşkarlanıb


Digərləri 26 Sen 2018 17:31:00 231 0

Gürcüstandan gələn avtomobildə xeyli sayda pirotexniki vasitə aşkarlanıb

Gürcüstandan Azərbaycana keçən şəxsin avtomobilində xeyli sayda pirotexniki vasitə aşkarlanıb.

Bakı. Gürcüstandan Azərbaycana keçən şəxsin avtomobilində xeyli sayda pirotexniki vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Ford Tranzit 100 LD" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.