Azərbaycanda onkoloji xəstələrin sayı artıb


Digərləri 26 Sen 2018 17:16:00 347 0

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2016-cı ildə ölkədə 43 927 nəfər, 2015-ci ildə isə 40 653 onkoloji xəstə qeydiyyatda olub.

2017-ci ildə Azərbaycanda 11 192 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulan 10 183 nəfər, 2016-cı ildə isə 10 807 nəfər qeydiyyata götürülüb.