Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə iclas keçiriləcək


Digərləri 26 Sen 2018 16:52:00 283 0

Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə iclas keçiriləcək

İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.

Son.az bildirir ki, "Report" bu barədə ASK-ya istinadən xəbər verir.

"Azərbaycanın Berndəki səfirliyi iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparır. Onların dəstəyi ilə bu il Azərbaycanın fındıq istehsalçıları İsveçrəyə səfər ediblər. İstərdik ki, isvəçrəli iş adamları da Bakıya səfər etsinlər. Bu ilin iyun ayında İsveçrənin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüblər. Gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir və yəqin ki siz də bu icilasda iştirak edəcəksiniz,"- səfir bildirib.

ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən M.Musayev isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.