Azərbaycan və Küveytin XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Siyasət 26 Sen 2018 16:48:00 272 0
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Küveytin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, nazirlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir araya gəliblər.
Nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Mənbə: milli.az