Evdən tələsik çıxıb, qayıtmayıb


Digərləri 26 Sen 2018 16:08:00 294 0

Evdən tələsik çıxıb, qayıtmayıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda "dağ dibi" deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli  ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Pünhan Mirzə Son.az