Avropa İnvestisiya Bankı Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir


Digərləri 26 Sen 2018 15:57:00 271 0

Avropa İnvestisiya Bankı Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASK-dan Son.az-a verilən məlumata görə, görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak bildirib ki, ölkəmizə  səfəri çərçivəsində önəmli görüşlər keçirib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərinin Avropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeni  əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib.

Vazil Hudak bildirib ki, Avropa İnvestisiya Bankı yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər. V. Hudak bildirib ki, şərtlərə əsasən, maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 milyon ABŞ dollardan az olmamaq şərtilə) qarşılamalıdırlar. 


Xəbərə aid fotolar