Monaco klubu satıla bilər


İdman 26 Sen 2018 15:44:00 281 0

Monaco klubu satıla bilər

Fransanın “Monaco” klubu satıla bilər. Goal.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə “Monaco”nun prezidenti Dmitri Rıbolevlevin klubu sataraq, Avropanın başqa ölkəsindən və ya İngiltərə Premyer Liqasından bir klub almağı planlaşdırdığı bildirilib. Rus milyarderin daha öncə “Milan”ı almaq istədiyi xəbərləri yayılmışdı. Rıbolovlev “Monaco”nu 2011-ci ildə satın almışdı. “Monaco” cari çempionatda 7 turdan sonra 6 xalla 16-cı pillədə qərarlaşıb.

Bir müddət əvvəl rus milyarder Roman Abromoviçin “Chelsea”ni satmaq istədiyi iddia edilirdi.