Sumqayıtda yaşayışa hazır 2 otaqlı studio mənzil – 38500 AZN


Digərləri 26 Sen 2018 15:40:19 324 0

Sumqayıtda yaşayışa hazır 2 otaqlı studio mənzil – 38500 AZN

Kristal Abşeron məhdud sayda yaşayışa hazır mənzilləri kampaniya ilə satışa çıxarıb.

Bakı. Kristal Abşeron məhdud sayda yaşayışa hazır mənzilləri kampaniya ilə satışa çıxarıb. Şirkətdən Trend-ə verilən məlumata görə, söhbət Sumqayıt şəhəri 9 və 10-cu mikrorayon layihələrinə aid mənzillərdən gedir. “Kristal Abşeron”a aid digər layihələrdə olduğu kimi burada da mənzillər həm optimal yerləşmə, həm də təmir baxımından idealdır. Belə ki, bu layihə Alman Parkı, Heydər Parkı və Şərq Bazarının yaxınlığında yerləşir. Bundan əlavə Sumqayıt şəhəri 9-cu mikrorayon layihəsinin ətrafında 23 və 26 nömrəli orta məktəb, Sumqayıt Dövlət Universiteti, Unikal Klinikası, idman kompleksi və supermarket yerləşir.