Direktor: İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər


Digərləri 26 Sen 2018 15:25:00 254 0

Direktor: İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər

İtalyan ailələr TAP-ın sayəsində təbii qaza görə daha az ödəniş edə bilərlər.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi italyan ailələr üçün qazın qiymətini aşağı salmağa imkan verəcək. Trend-in məlumatına görə, bunu TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati deyib. O, italyan ailələrin təbii qaza görə digər avropalı ailələrdən 19 faiz çox ödəniş etdiyini bildirib: