Rusiyalı ulduzlar "Qu gölü" baletində çıxış edəcəklər


Kriminal 26 Sen 2018 15:04:00 260 0

Rusiyalı ulduzlar "Qu gölü" baletində çıxış edəcəklər

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcəkdir.

Opera və balet teatrının mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.  

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri - Respublikanın Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və b. iştirak edəcək və solo partiyalar və rəqslər ifa edəcəklər.