Şəmkirdə iki "VAZ" toqquşdu, ölən var


Digərləri 26 Sen 2018 15:11:14 178 0

Şəmkirdə iki "VAZ" toqquşdu, ölən var

Şəmkir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Şəmkir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 6 radələrində Şəmkir şəhərinin ərazisində şəhər sakinləri Abdul Ələkbərovun idarə etdiyi “VAZ-21099” və Mehdi Nağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Nağıyev orada ölüb.