""Toppuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir?"


Şou-biznes 26 Sen 2018 14:50:00 285 0

""Toppuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir?"

Hamımızın "Toppuş bacı" kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. 

Son.az xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib. 

O, xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib:

"Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Toppuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.