Bakıda şagirdlərə əxlaqsız təkliflər edən şəxs saxlanıldı


Digərləri 26 Sen 2018 14:53:00 248 0

Bakıda şagirdlərə əxlaqsız təkliflər edən şəxs saxlanıldı

25 sentyabr saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər.

Bakı. İlhamə İsabalayeva - 25 sentyabr saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər. Trend-in məlumatına görə, həmin şəxsin videogörüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.