"Yanardağ", "Atəşgah məbədi"nin xidmətləri pulsuz olacaq - SƏBƏB?


Digərləri 26 Sen 2018 14:48:00 247 0

"Yanardağ", "Atəşgah məbədi"nin xidmətləri pulsuz olacaq - SƏBƏB?

Sentyabrın 27-də yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 27-də yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunacaq. Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunacaq. Avtobuslar 27 sentyabr səhər saat 10:00-dan 19:00-dək, hər saatda, bir gün ərzində Hökumət Evinin qarşısından yola çıxacaq.