"Necə qoydusa, 1 litr qanım getdi"


Şou-biznes 26 Sen 2018 14:37:00 326 0

"Necə qoydusa, 1 litr qanım getdi"

ARB TV-nin "Canım sizə desin" verlişinin növbəti qonağı müğənni, meyxanaçı Samirə Yusifqızı olub. Samirə toyda başına gələn bədbəxt hadisədən söz açıb: "Heç 10 gün deyil. Gipsi çıxarıb gəlmişəm. Toyda dava düşdü. Mikrofonu götürüb üsulluca aradan çıxmaq istəyirdim. Bir dənə cavan oğlan qapını açıb, qaça-qaça gəlib yumruğu necə qoydusa... düz burnuma tutdu. Bəyi vurmağa gəlirdi, mən də oxuyan zamanda düşdüm lopa. Ordan məni qanım axa-axa çıxartdılar. Bir litr qanım getdi".


Xəbərə aid foto