"Rahat" qazanc yeri tapmışdı


Digərləri 26 Sen 2018 14:26:00 273 0

"Rahat" qazanc yeri tapmışdı

Sentyabrın 22-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əskinası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əskinaslar hazırladığı da müəyyən edilib.