“Qatillərin rejimi, sizi izləyirik və arxanızca gələcəyik...”


Dünya 26 Sen 2018 14:10:00 265 0

“Qatillərin rejimi, sizi izləyirik və arxanızca gələcəyik...”

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində İrana dair xüsusi mətbuat konfransı keçirib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Bolton başqa ölkələrin İrana qarşı sanksiyalardan yan keçməsinə imkan verməyəcəklərini deyib. "İstər Avropa İttifaqı ölkələri olsun, istər başqaları, ABŞ İrana qarşı sanksiyalardan yan keçməyə heç kimə imkan verməyəcək", - o hədələyib.

Con Boltonun sözlərinə görə, ABŞ aqressiv və dönməz şəkildə İrana qarşı sanksiyaları həyata keçirəcək. Bundan əlavə Trampın müşaviri deyib ki, əgər Tehran ABŞ-a qarşı müqavimət göstərməyə cəhd etsə "şeytani yüksək qiymət" ödəməli olacaq.