"Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir"


Digərləri 26 Sen 2018 14:18:00 266 0

"Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir"

Azərbaycanın növbəti "Azərspace 2" peykinin orbitə çıxarılması tarixi hadisədir və dövlətimizin növbəti qələbəsi, uğurudur.

Son.az xəbər verir ki, nunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, növbəti peykimizin orbitə buraxılması dövlətimizin gücünün, qüdrətinin göstəricisidir:

"Dünyada az sayda dövlətlər var ki, onlar peyklərə malikdir. Bu, təkcə bizə iqtisadi dividend gətirmir, eyni zamanda həm siyasi, həm də mənəvi mənada böyük uğur deməkdir. Son beş il ərzində 3 peykə sahib olan Azərbaycan dünyanın kosmik klubunun üzvünə çevrilib və dünya kosmik sənayesində öz mövqelərini möhkəmləndirir".