Türkmənistanda pulsuz işıq,


Dünya 26 Sen 2018 14:00:21 268 0

Türkmənistanda pulsuz işıq,

Türkmənistan prezident Qurbanqulu Berdımuhammedovun imzaladığı yeni fərmanla gələn ilin yanvarın 1-dən ölkə əhalisinə pulsuz elektrik enerjisi, qaz, içməli su və duzun verilişi dayandırılacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Türkmənistan bu gün" agentliyi məlumat yayıb. Yeni qərara əsasən, qeyd edilən xidmətlər güzəştli qiymətlərlə ödənişli əsasda olacaq. 

Qeyd edilir ki, elektrik enerjisi, qaz, su və duz ölkədə pulsuz olsa da, istifadəsində müəyyən limit vardı. Limiti keçdikdə ödəniləcək məbləğ o qədər aşağı idi ki, simvolik hesab edilirdi.