Könül Xasıyeva: “Borclar məni sıxır, banklar da kredit vermirlər”


Digərləri 26 Sen 2018 13:53:14 216 0

Könül Xasıyeva: “Borclar məni sıxır, banklar da kredit vermirlər”

Borclar məni sıxır, banklar isə kredit vermirlər.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında xeyli müddətdir səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva deyib. 

O bildirib ki, yay fəsli dövründə həm özünün, həm də oğlu Kazımın müalicəsi davam edib: "Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur".