Ukrayna ordusunda böyük qalmaqal


Dünya 26 Sen 2018 13:59:19 220 0

Ukrayna ordusunda böyük qalmaqal

Ukrayna Silahlı Qüvvələrinin avtomatik idarəetmə sistemi olan "Dnipro"nun serverlərində uzun müddət "admin" və "123456" parollarından istifadə olunub.

Son.az UNİAN-a istinadən bildirir ki, bunu ukraynalı jurnalist Aleksandr Dubinski üzə çıxarıb.

"Heç bir xüsusi biliklər olmadan Ukrayna ordusunun routerləri, ARM-ləri, serverəri, səs şlüzləri, printerləri, skanerləri və s.-ni asanlıqla idarə etmək olar. Yəni Ukrayna ordusunun məxfi informasiyalarını, hərbi sirlərini asanqlıqla əldə etmək olar. Bu isə potensial düşmənə bütün AİS şəbəkəsini skanlaşdıraraq onun sürətini hazırlamağa, ordunu idarə etməyə və ya yanlış əmrlər verməyə imkan yaradır", - jurnalist yazıb.


Xəbərə aid fotolar