Çinli rəsmi Trampa cavab verdi: Bu, hər bir ölkənin öz işidir


Digərləri 26 Sen 2018 13:37:00 222 0

Çinli rəsmi Trampa cavab verdi: Bu, hər bir ölkənin öz işidir

Çin Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ Prezidenti Donald Trampın sosializmlə mübarizə aparmaq çağırışına cavab verib.

Bakı. Hər bir ölkə öz inkişaf yolunu və ictimai-siyasi quruluşunu seçmək hüququna malikdir. Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ Prezidenti Donald Trampın sosializmlə mübarizə aparmaq çağırışına cavab olaraq bildirib. Çinli diplomat qeyd edib ki, belə bəyanatlar "soyuq müharibə" dövründən qalma fikirlərdir.